Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tiflis Regional Ofisinin rəhbəri Gebhard Reul Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
 
ADAU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqla görüşən universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri və hədəfləri barədə ətraflı məlumat verib. O deyib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi həm akademik heyətin elmi fəaliyyətinin təkmilləşdirilməsi, həm də tələbələrin təcrübə toplaması baxımından daim diqqət mərkəzində saxlanılır.
 
Alman Akademik Mübadilə Xidmətinin Tiflis Regional Ofisinin rəhbəri Gebhard Reul səmimi qarşılama üçün minnətdarlığını bildirirək, DAAD proqramlarında iştirakın və gələcək birgə fəaliyyətin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
 
Gebhard Reul bir qrup ADAU tələbəsi ilə də görüşüb və onlara DAAD proqramlarının, Almaniya universitetlərində təhsil proqramlarının tələbləri ilə bağlı ətraflı məlumat verib.