Azərbaycan Respbulikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan İntellektual Klublar Assosassiyasının birgə təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq” adlı məktəblilərarası respublika çempionatının zona seçim mərhələsi başa çatıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 8-10-cu sinif məktəblilərinin iştirakı ilə 12 regionda sinxron olaraq keçirilən bu çempionatda qalib komandalar kubok və medallarla mükafatlandırılıb.
 
Həmçinin hər zona üzrə qalib olan komanda Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərarası “Breyn Rinq” bilik yarışının televiziya çəkilişlərində iştiraka vəsiqə qazanıblar.