"Ucqar kəndin gənc müəllimi" layihəsi üzrə çəkilişlər bu dəfə Füzuli şəhəri M.Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə aparılıb. Filmin qəhrəmanı isə Günel müəllimdir.
 
Günel Hüseynova 1991-ci ildə Füzuli şəhərində anadan olub. Körpə ikən məcburi köçkün düşən Günel xanım öz doğma yurduna kimya müəllimi kimi qayıdıb. 
 
Qeyd edək ki, "Ucqar kəndin gənc müəllimi" layihəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Romb Creative Agency” tərəfindən həyata keçirilir. Layihənin məqsədi kəndlərdə çalışan təhsil işçilərinin əvəzsiz əməyini diqqətə çatdırmaqdır.
 
"Azərbaycan müəllimi" həmin videoçarxı təqdim edir.