24 may 2024-cü il tarixində Dual peşə təhsili proqramı çərçivəsində “Aşpaz” və “Qənnadıçı-şirniyyatçı” ixtisasları üzrə təhsil proqramlarının (kurikulum) müzakirəsi üçün "dəyirmi masa" təşkil edilib. "Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd mövcud kurikulumun aparıcı işəgötürənlərlə birgə müzakirəsi və əmək bazarının tələbləri əsasında kurikulumun yenilənməsi olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsili müəssisələrindən istehsalat təlimi ustaları, ixtisas fənn müəllimləri, qabaqcıl işəgötürən müəssisələrdən mentorlar və “İnnoveta” komandası iştirak edib.
 
Qeyd edək ki, müzakirə zamanı müvafiq sahələr üzrə bazarda mühüm rol oynayan işəgötürənlərin və peşəkarların hazırkı təhsil proqramı və modullar üzrə rəyləri alınıb, o cümlədən ixtisasların əmək bazarının tələblərinə tam uyğunlaşdırılması üçün təkliflər öyrənilib.