Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq siyahısında yer alıb.
 
Bu barədə “Azərbaycan müəllimi”nə  AzMİU-dan məlumat verilib. 
 
RUR Ranking maraqlı tərəflərin universitetin fəaliyyəti haqqında kifayət qədər məlumat vermək məqsədi daşıyan qiymətləndirmə sistemidir və  dünya universitetlərini 4 fərqli meyar üzrə qiymətləndirir: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə. 2024-cü il üzrə açıqlanan reytinq sistemində dünya universitetləri arasında  AzMİU 1094-cü yerdə qərarlaşıb. Ötən il isə universitet 1180-ci yerdə olmuşdu.  
 
Qeyd edək ki, ölkə üzrə bu reytinq sistemində 8 universitet iştirak edib və bu sıralamada AzMİU öz yerini qoruyub saxlayaraq 5-ci yeri tutub. Tədris meyarı üzrə 935-ci yerdə qərarlaşmaqla ən yaxşı nəticəni əldə edib. Universitet tədqiqat üzrə 1113, beynəlxalq əlaqələr üzrə 1057-ci, maliyyə dayanıqlığı üzrə 1122-ci yerlərdə qərarlaşıb.
 
2024-cü il üçün “RUR ranking”in tam nəticələrini bu linkə keçid edərək əldə etmək olar: