Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb. Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri vəzifəsinə təsdiq edilib.
 
Qeyd edək ki, E.Nəcəfov bu təyinata qədər təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.