Mayın 31-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov vətəndaşları qəbul edib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə vətəndaşların müraciətləri dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərə qanunvericiliyə uyğun formada baxılması və müəyyən addımlar atılması istiqamətində aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.