İyunun 1-də  Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə uşaq festivalı keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda məktəbdənkənar təhsil müəssisələri tərəfindən müxtəlif mövzular üzrə maarifləndirici proqramlar, stendlər təqdim olunub. 
 
Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif növ əyləncələr, mini turnirlər, şahmat yarışları, interaktiv oyunlar təşkil edilib.