Bu il 4 yeni peşə ixtisası üzrə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulub. 
 
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbər əvəzi Elşən Ədalətli deyib.
 
Onun sözlərinə görə, peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot olaraq tədrisini planlaşdırıblar:
 
“Xidmət profili üzrə dərzi, aşpaz, qənnadçı və bərbər, təmir-tikinti profii üzrə çilingər, kombi-kondisioner ustası, mebel quraşdırma və dülgər ixtisaslarının tədrisi uğurla həyata keçirilir. Aqronom profili üzrə aqronom köməkçisi yetişdirilir ki, burada da modullar fərqlənir. Belə ki, tərəvəz əkini, tingçilik, bağçılıq, çiyələk və s. Modullar üzrə aqronom köməkçisi qruplarımız, İT profili üzrə helpdesk, kompüter operatoru və qrafik dizayner peşə ixtisaslarımız var. Pilot olaraq növbəti tədris ilindən foto-videoqraf, telefon təmiri ustası, bərbər-vizajist manikürçü, ofisiant-barista peşə ixtisasları da açılacaq”.