"2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynovun və Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin dəstəyi ilə ali təhsil müəssisəsinin Sosiologiya və Antropologiya departamentində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr esilmiş “Cənubi Qafqazda sülh prosesi və onun sosial-antropoloji nəticələri” adlı müzakirə paneli təşkil edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Doktorant Elçin Hüseynovun moderatorluğu ilə baş tutan müzakirə panelində Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin Konsulu Dr. Elsevər Salmanov və "University of Malaya" ali təhsil müəssisəsinin Sosiologiya və Antropologiya departamentinin rəhbəri Dr. Kamal Solhaimi iştirak edib.
 
Bununla yanaşı, tədbir çərçivəsində Səfirliyimizin dəstəyi ilə “Şuşa- 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” adlı foto-sərgi də təşkil olunub.