Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 69 və 70-ci proqramları üzrə 1 iyun 2024-cü il tarixində keçirilmiş qabiliyyət imtahanlarının yekun nəticələri elan edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.
 
5 iyun 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 70-ci proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil olunacaq. 69-cu proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə imtahanların keçirilməsi qaydalarına uyğun olaraq həmin gün baxılıb.