Azərbaycan Milli Konservatoriyasının zalında İncəsənət Gimnaziyasının 10–cu sinif şagirdi, piano ifaçısı Məhəmməd Allahverdiyevin rəhbərlik etdiyi "Mejazz Band" qrupunun konserti olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, konsertin proqramı öz zənginliyi ilə seçilib. Proqram çərçivəsində “Qarabağ şikəstəsi”, “Tərəkəmə”, “Gül açdı” və Qərbi Avropa bəstəkarlarının əsərləri əsasında kompazisiyalar səsləndirilib.
 
Konserti izləyənlər arasında Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi, həmçinin Azərbaycan və Qazaxıstan UNESCO klub rəhbərləri olublar.
 
Qeyd edək ki, 15 yaşlı Məhəmmməd Allahverdiyev beynəlxalq müsabiqələr laureatıdır. Dəfələrlə beynəlxalq caz festivallarında iştirak edib.