SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Mədinə Ziyadxanova Yaponiyanın Okinava Elm və Texnologiya İnstitutunun (OIST) tədqiqat təcrübə proqramını qazanıb.
 
BANM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, hazırda Orta Doğu Texniki Universitetində mübadilə proqramı ilə təhsilini davam etdirən Mədinə Zıyadxanova professor Marko Eduardo Rostinin rəhbərliyi altında "Mürəkkəb Axın və Mayelər" departamentində tədqiqat aparacaq. Onun bütün xərcləri Okinava Elm və Texnologiya İnstitutu tərəfindən qarşılanacaq. Təcrübə proqramı iyunun 29-dan sentyabr 11-dək keçiriləcək.
 
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən OIST-də tədqiqat aparmaq üçün dünyanın məşhur alimləri müraciət edir. Bu müraciətlərin yalnız 10-14%-nə müsbət cavab verilir.