Bakı Dövlət Universitetinin SABAH qruplarının Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Mirheybət Həsənov dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”un kompüter elmləri üzrə təqaüd proqramına qəbul olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən bildirilib.
 
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “PAŞA Holding” Şirkətlər qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”la əməkdaşlıq edir. “Holberton School” Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlar, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.
 
Proqramdan İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs yararlana bilər. Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradır.