Sertifikatlaşdırmada könüllü iştirak üçün müraciət edən 60 yaşdan yuxarı müəllimlərin sayı açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

O bildirib ki, bu il yaşı 60-dan yuxarı olan 600-dən çox müəllim könüllü iştirak üçün müraciət edib.
 
Qeyd edək ki, ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.