Gəncə şəhər 12 nömrəli tam orta məktəbin müəllimi Albert Qəribov "1 ulduz Beynəlxalq məşqçilik kursu"nda uğurlu nəticə göstərərək 1 ulduz kateqoriyalı beynəlxalq məşqçilik dərəcəsini alıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, sözügedən kurs Boks Federasiyasının və “Baku Business Factory”nin birgə təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, Albert Qəribov həmçinin Əməkdar məşqçi-müəllimdir.