Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Məktəblərdə Heydər Əliyev ayı” layihəsinin yekun tədbiri keçirilib.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə məktəblilərin ifasında Ümummilli Liderə həsr olunan mahnılar, şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
 
 
Bildirilib ki, layihənin məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin həyatı, çoxşaxəli fəaliyyəti haqqında uşaq və gəncləri maarifləndirmək, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin gənc istedadları üzə çıxarmaqdan ibarət olub. 
 
 
Qeyd edək ki, layihə çərçivəsində may ayı ərzində ümumi təhsil müəssisələrində debatlar, seminar və müsabiqələr keçirilib, elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq işi aparılıb, eləcə də bədii, sənədli filmlər nümayiş olunub.