Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Türkiyənin Biruni Universiteti ilə ikitərəfli və “Global Exchange” mübadilə proqramı çərçivəsində müqavilə imzalayıb.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
Müqaviləyə əsasən, riyaziyyat müəllimliyi, xarici dil müəllimliyi, məktəbəqədər təhsil, ibtidai təhsil və xüsusi təhsil sahəsində universitetlər arasında “Global Exchange” mübadilə proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi həyata keçiriləcək.