6-7-ci sinif şagirdləri arasında proqramlaşdırma bacarıqlarının inkişafı və informatika elminə olan marağın artırılması məqsədi ilə 2021-ci ildən etibarən təşkil edilən "Azercell Cup" müsabiqəsinin cari tədris ili üçün final turu əvvəlcədən elan edilmiş qrafik əsasında 9 iyun tarixində saat 10:00-14:00 arasında ADA universitetində təşkil ediləcək.
 
"Azərbaycan müəllimi"nə Təhsil İnstitundan bildirilib ki, final turunda yarımfinal nəticələrinə əsasən, plagiat yoxlamalarından sonra yekun olaraq 200 və daha artıq bal toplayan şagirdlər iştirak hüququ qazanıblar:
 
 
İştirakçılardan finala gələrkən, şəxsiyyətlərini təsdiq edən sənəd və təhsil aldıqları ümumtəhsil müəssisəsindən müvafiq sinifdə təhsil almaları haqqında arayışı özləri ilə gətirmələri xahiş olunur.