Gəncə şəhər 23 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İbrahim Həsənov Yunanıstanın Lutraki şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.