Kişi və qadın millilərimiz 3x3 basketbol üzrə Avropa Kubokunun final mərhələsində ölkəmizi təmsil edəcəklər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində kişilər arasında keçirilən 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində final oyunu baş tutub. Millimizin final görüşündə rəqibi Kipr yığması olub. Bərabər mübarizə şəraitində keçən oyunun yekununda millimiz rəqibinə 20-18 hesabı ilə qalib gəlib.
 
Həmçinin qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinin final oyunu da baş tutub. Final görüşünə sürətli başlayan qızlarımız Kipr üzərində 21-12 hesablı qələbə qazanaraq Avropa Kubokuna vəsiqə qazanıblar. 
 
Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.