Təhsildə Keyfiyyət Təminatı Agentliyi “bp-Azərbaycan” şirkətinin dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində avtomobil mühərriklərinin yığıcısı, kompüter operatoru, poliqrafiya üzrə dizayner, kargüzarlıq və mühafizəçi peşə ixtisasları üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə olunan bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması məqsədilə müraciətlərin qəbulunu elan edir.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində sözügedən peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan, lakin bilik, bacarıq və təcrübəyə malik olan vətəndaşlar qeyri-formal və informal təhsilin tanınması prosesinə cəlb olunaraq müvafiq imtahanlardan keçib TKTA tərəfindən peşə ixtisasını təsdiq edən diplom əldə edəcəklər.

 

Müraciət üçün son tarix: 15.06.2024.

 

Ərizəçilər qeydiyyat üçün yerləşdirilmiş keçiddən istifadə edə bilərlər.