İyunun 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, "Kapital Bank" və "Təhsil Oyunlar Platforması"nın təşkilatçılığı ilə 6-11-ci siniflər arasında intellektual oyunlar üzrə “Bakı yayı-2024” kuboku keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, son respublika çempionatının Bakı və Sumqayıt şəhrlərini təmsil edən 16 ən yaxşı komandasının iştirak etdiyi yarış "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" formatlı oyunlardan ibarət olub.
 
"Nə? Harada? Nə zaman?" oyununda nəticələri belə olub:
1. “Dahilər” TTEG, Sumqayıt
2. “Uğur”, 120 nömrəli məktəb, Bakı,
3. “Gələcək Zəkalar”, 287 saylı “Zəkalar” liseyi, Bakı
 
"Breyn-rinq" oyununda:
1. “Zəkalar Sr”, 287 saylı “Zəkalar” liseyi, Bakı
2. “Evklid”, FRİTL, Bakı
3. “Gələcək Zəkalar”, 287 saylı “Zəkalar” liseyi, Bakı
 
“Bakı yayı-2024” intellektual oyunlar üzrə yarışın ümumi qalibləri isə belə sıralanıb:
1. “Zəkalar Sr”, 287 saylı “Zəkalar” liseyi, Bakı
2. “Gələcək Zəkalar”, 287 saylı “Zəkalar” liseyi, Bakı
3. Uğur”, 120 nömrəli məktəb, Bakı
 
İntellektual yarışın iştirakçı və qalibləri kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.