Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul həyata keçirilir.

 

Bununla bağlı "Azərbaycan müəllimi"nə idarədən məlumat verilib. Bildirilib ki, 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə qəbul ilə bağlı müsabiqənin test və müsahibə mərhələsində 2023-cü ildə müsabiqənin test mərhələsində uğur qazanmış şəxslər 11 iyun 2024-cü il tarixindən 20 iyun 2024-cü il saat 23:59-a kimi qeydiyyat linkinə daxil olaraq qeydiyyatdan keçə Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:

 

Şəhər / rayon

Təhsil müəssisəsi

Bölmə

Vakant yer sayı

Ştat sayı

Siyəzən

1 nömrəli körpələr evi-uşaq bağçası

Azərbaycan

1

0.75

Siyəzən

4 nömrəli körpələr evi-uşaq bağçası

Azərbaycan

1

0.7

 

Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar: Soyad, ad və ata adı, FİN kod, müsabiqədə topladığı bal (bilmirsə, boş saxlaya bilər), əlaqə nömrəsi, işləmək istədiyi məktəbəqədər təhsil müəssisəsini siyahıdan seçir.

 

Müsahibənin təşkili barədə əsas qeydlər:

 

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

 

Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər, lakin bu 24 baldan az ola bilməz. 

 

Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər.

 

Qeyd edək ki, namizədin topladığı bal 1 il üçün keçərlidir.