İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqoji internaturanın yekun hesabatlarının qiymətləndirilməsi prosesinə start verilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə ADPU-dan məlumat verilib.
 
İlk qiymətləndirmə iclaslarında ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris departamentinin müdiri dosent Sənan Əliyev, Pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova, eləcə də müaviq olaraq pedaqoji internaturada iştirak edən pedaqoq və psixoloqlar iştirak ediblər.
 
Qiymətləndirmələrdə tələbələr internatura müddətində ümumtəhsil məktəblərində göstərdikləri fəaliyyətlər haqqında hesabatlarını təqdim edib, sualları cavablandırıblar.
 
Qeyd edək ki, iyulun 2-dək davam edəcək prosesdə, ümumilikdə, 19 ixtisas üzrə 2000 nəfərdən çox tələbə iştirak edəcək.