2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.
 
Bu barədə BDU-dan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirlib ki, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.
 
Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.