Şagirdlər yekun nəticələri və statusları ilə bağlı məlumatlarla www.portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.
 
Bu barədə Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, Məktəblilərarası fənn müsabiqələrində hər fənn üzrə ən yüksək nəticə göstərən 42 və 42-ə bərabər şagird qalib hesab edilir.
 
Qeyd edək ki, Fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər 28 iyun 2024-cü il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.