İyunun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 671 vətəndaş müraciəti daxil olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin 19 925-i çağrı mərkəzləri, 621-i sosial media, 3 193-ü  "WhatsApp" vasitəsilə, 1 676-sı elektron, 797-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 459 müraciət qeydə alınıb. 
 
Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.