Minsk Dövlət Linqvistik Universitetinin (MDLU) rektoru Natalya Lapteva Azərbaycan Dillər Universitetində (ADU) keçirilən “Heydər Əliyev: milli mədəniyyət strategiyası” adlı tələbə və məktəblilərin konfransında, ADU-nun Regionşünaslıq kafedrasının dosenti Rəna Rəcəblinin rəhbərliyi ilə iştirak edən MDLU-nun tələbələri -  Anastasiya Savenkonu və Aişə Həsənovanı fəal elmi fəaliyyətlərinə və universiteti gözəl şəkildə təmsil etdiklərinə görə təbrik edib, ADU-dan göndərilən sertifikatları təntənəli şəkildə onlara təqdim edib. 

Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.