Malayziya Təhsil Nazirliyi 2024-2025-ci tədris ilində beynəlxalq tələbələrə Malayziyada təhsil almaq imkanı təklif edir.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Ali təhsilin magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

 

Təqaüd proqramına müraciət üçün son tarix 26 iyun 2024-cü ildir. Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

 

Elan: https://shorturl.at/P9Qzu