25-27 iyun tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elsevier" şirkəti tərəfindən “Görünürlüyün və əməkdaşlıq imkanlarının artırılmasında Scopus müəllif profillərinin gücü" və “Elsevier araşdırma və nəşr prosesi-virtual test” mövzuları üzrə vebinarlar keçiriləcək. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Belə ki, vebinarlarda iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan keçidlərə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
 
25 iyunda keçiriləcək  “Görünürlüyün və əməkdaşlıq imkanlarının artırılmasında Scopus müəllif profillərinin gücü” təlimi magistrantlar və tədqiqatçılar üçün nəzərdə tutulur. Vebinarın qeydiyyat linki 
 
27 iyunda keçiriləcək “Elsevier araşdırma və nəşr prosesi - virtual test” təlimi isə tələbələr, tədqiqatçılar, kitabxanaçılar, tədqiqatın inkişafı və idarəetməsi ilə bağlı şöbələr, elmi jurnalların məsul şəxsləri və s. üçün nəzərdə tutulur. Vebinarın qeydiyyat linki
 
Qeyd edək ki, vebinarlar türk dilində keçiriləcək.