2023-cü ildə ali təhsil müəssisələrinə qəbulolma faizinə görə ən yüksək və ən aşağı nəticə göstərən bölgələrimiz açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 
 
Qeyd olunub ki, respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olma göstəriciləri üzrə aparılan statistik araşdırmalar göstərir ki, Ordubad rayonu abituriyentlərinin ali təhsil müəssisələrinə qəbul olma faizi daha yüksəkdir (bax: 1.69 saylı cədvəl). O da qeyd edilməlidir ki, son on ildə, bir qayda olaraq, Bakı şəhərindən və Ordubad rayonundan olan abituriyentlərin qəbul olma faizi yüksək olub.
 
Göstəricilər aşağıdakı kimidir: