Ötən il ali təhsil müəssisələrinə qəbul nəticələrinə əsasən, abituriyentlərinin sayına nəzərən yüksək ballıların faizi daha çox olan təhsil müəssisələri məlum olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində əksini tapıb.
 
Həmin müəssisələri təqdim edirik:
 
 
Qeyd olunub ki, 3249 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib.
 
600 bal toplayan məzunlar bu məktəblərin yalnız 21.45%-nin təmsilçiləridir. Sayı 697 olan bu məktəblərin 80-i (11.48%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 27.62%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Şəmkir rayonu Şiştəpə kənd tam orta məktəbini göstərmək olar.