21, 22 və 24 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
 
Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.