Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ölkəmizdə ilk dəfə olaraq keçirilən Dünya Robot Çempionatının seçmə mərhələsində iştirak edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, 250-dən çox yeniyetmə və gəncin qatıldığı yarışmada AzTU-nu “Blue Horizon” komandası təmsil edib. Aviamodelizm kateqoriyası üzrə çıxış edən tələbələr 8 komanda arasında 3-cü yerə layiq görülərək finala vəsiqə qazanıblar.
 
Qeyd edək ki, “Blue Horizon” komandasının üzvləri: 2-ci kurs tələbələri Tahirə Rəşid, Valeh Gülmətov və Talib Əbilov bu ilin avqust ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında Azərbaycanı təmsil edəcəklər.