2023-2024-cü tədris ilinin yekunu olaraq peşə təhsil müəssisələrində təhsilalanların dövlət buraxılış imtahanları keçirilir. Cari ildə məzun olacaq 15 000-dən çox tələbə imtahanda iştirak edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, proses peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına uyğun olaraq həyata keçirilir.
 
Qeyd edək ki, buraxılış imtahanı təhsil proqramına (kurikuluma) uyğun olaraq ixtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsindən sonra 2 həftə ərzində keçirilir. İmtahan 3 saat ərzində aparılır. Buraxılış imtahanına təhsil proqramı (kurikulum) üzrə tam kursu bitirmiş və ixtisas (sınaq) istehsalat işini müvəffəqiyyətlə yerinə yetirənlər buraxılır.