Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələri arasında dual sistemə bənzər peşə təhsili sahəsində əməkdaşlığa dair “dəyirmi masa” keçirilib.

 

“Dəyirmi masa”da peşə təhsili və təlimi sahəsində həyata keçirilən islahatlar, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dövlət-özəl əməkdaşlığının istiqamətləri, dual sistemə peşə təhsili sistemində beynəlxalq təcrübə, peşə təhsili müəssisələri ilə özəl sektor arasında müxtəlif məkdaşlıq formaları və digər məsələlər müzakirə olunub, işəgötürənlərin peşə təhsili sistemində yaxından iştirakının vacibliyi qeyd edilib.

 

Tədbirin sonunda spesifik sektorun ehtiyacına hədəflənmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə edilib.

 

“Dəyirmi masa”da Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən və peşə təhsili müəssisələri ilə kənd təsərrüfatI, eləcə də turizm sahəsində əməkdaşlıq edən 20-ə yaxın müəssisənin nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, “dəyirmi masa” “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dual sistemə bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET)” layihəsi çərçivəsində təşkil olunub.