"Ümumilikdə məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib".

"Azərbaycan müəllimi" xəbər verir ki, 12 iyun saat 11:00-da ölkə üzrə rus bölməsində məktəb və müəllim seçimi aktivləşdirilmişdi. 1 ay müddətində Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edildi.
 
12 iyul saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada  məktəb və müəllim seçimi aktiv ediləcək. 12 iyul tarixinə qədər valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə sms də göndəriləcək. 
 
Məktəb və müəllim seçimi 13 sentyabr tarixinə qədər davam edəcək. Qeyd edək ki, müsahibədə uğur qazanan uşaqların 85%-i məktəb və müəllim seçimi edib.