Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesində də üstünlük hüququ tətbiq ediləcək.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Belə ki, Azərbaycan bölməsi üzrə 16 iyul-30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul - 1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.

 

Prioritet tətbiq ediləcək ümumi təhsil müəssisələri ilə linkə daxil olaraq tanış ola bilərsiniz.

Linkə keçid: https://bitly.cx/kECC