Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə “Gələcək Liderlər Proqramı” çərçivəsində tədqiqat təqaüd proqramı elan edir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, təqaüd proqramı 1 oktyabr 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədək davam edəcək.

 

Sözügedən proqrama müraciət üçün son tarix 19 iyul 2024-cü ildir.

 

Elan vasitəsilə təqaüd proqramı barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.