Lənkəran Dövlət Universiteti və İspaniyanın Leon universiteti arasında akademik sahədə ikili əməkdaşlıq müqaviləsi imzalayıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, müqaviləyə əsasən, hər iki universitet üçün birgə elmi-tədqiqatların aparılması, konfrans, seminar və digər tədbirlərin təşkili, akademik mobillik çərçivəsində universitetlərarası müəllim, mütəxəssis mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
 
Lənkəran Dövlət Universiteti ilə Rumıniyanın "Dunarea de Jos" Qalati universiteti arasında Erasmus+KA1 proqramı çərçivəsində müqavilə imzalanıb. Müqavilə universitetlərarası əməkdaşlığın güclənməsi, tələbə-professor/müəllim və inzibati heyətin qarşılıqlı mübadiləsi istiqamətində mühüm şərait yaradacaq. Məlumat üçün bildiririk ki, mübadilə proqramında iştirak edəcək tələbələrin təqaüd qazanmaq imkanı olacaq.