Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin məzunu Səma Həsənzadə Sinqapurda keçirilən SIMOC 2024 beynəlxalq olimpiadasında gümüş, "Mind Sports" mərhələsində qızıl medal qazanıb.
 
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, 35 ölkədən 2200 şagirdin iştirakı ilə keçirilən olimpiadada ölkəmizi təmsil edən 69 şagirddən biri olan S.Həsənzadə SASMO və AMO beynəlxalq olimpiadalarının da qızıl mükafatçısıdır. 
 
İdarədən bildirilib ki, Səma bu il ali məktəbə qəbul imtahanından II ixtisas qrupu üzrə 682 bal toplayıb.