Peşə təhsili müəssisələrinə maraq rekord səviyyəyə çatıb.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, son bir həftə ərzində 16458 nəfərdən 52540 müraciət daxil olub.
 
Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılır. 
 
Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 12 avqust 18:00-dır.