Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb. 
 
"Azərbaycan müəllimi"nin XəzərXəbər-ə istinadən məlumatına görə, məktəbəli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var. 
 
Bakı Tikiş Evinin şatış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.  aptek depo
 
Hazırda tikiş evində Nazirlər Kabinetinin təstiqlədiyi sənədə uyğun olaraq 3 müxtəlif rəngdə vahid məktəbli formaları satılır. 
 
Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb. 
 
Tikiş evi tərəfindən satılan bütün məhsullara 1illik zəmanət verilir.