Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri elan edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. 31 iyul–5 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
 
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.