Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi bina məlum olub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, Türkiyə-Azərbaycan Universiteti əvvəllər Bakı Ali Neft Məktəbinin (BANM) yerləşdiyi Xocalı prospektindəki binada fəaliyyət göstərəcək.
 
Məlum olduğu kimi, 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.