Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə, təhsil sahəsindəki seçim proseslərini asanlaşdırmaq üçün "İxtisasSeç" adlı yeni bir platforma yaradılıb. Bu platforma bakalavr dərəcəsi üçün ixtisas seçimini asanlaşdıran və istifadəçilərə sürətli, dəqiq və rahat bir seçim prosesi təklif edən bir vasitədir. 
 
Veb sayt vasitəsilə istifadəçilər ixtisasları 8 kateqoriya üzrə filtrləyə, axtarış hissəsində özlərinə uyğun ixtisasları tapıb siyahılarına əlavə edə, ixtisasları sıralaya və 9 rəqəmli kod vasitəsilə siyahının son versiyasını yenidən görə bilərlər. Burada siyahını birbaşa çap etmək funksiyası da mövcuddur.

 
Platformanın ixtisas seçiminə dəstək xidməti bu günə qədər 500-dən artıq abituriyent və müəllim tərəfindən istifadə olunub. Artıq bir çox istifadəçi bu platforma vasitəsilə doğru ixtisas seçə bilib və öz gələcək karyera yollarını müəyyənləşdirib. 
 
Platformanın fəaliyyətə başladığı vaxtdan bu günə qədər 20 000-dən çox istifadəçi yararlanıb. Fəaliyyətlər arasında lisey və gimnaziyalara qəbul üçün dəstək xidməti də mövcuddur. Layihənin uğurlarından biri də KOBİA tərəfindən verilən startap şəhadətnaməsidir.
 
"İxtisasSeç" platforması 2024-cü ilin iyun ayından etibarən rəsmi olaraq fəaliyyətə başlayıb.