5 avqust tarixində ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən Əlavə təhsil mərkəzlərinin peşəkar inkişafına dəstək məqsədilə görüş keçirilib.

 

Seminarda ixtisasartırma təlimi proqramlarının yazılması, təlim hesabatlarının hazırlanması və təlimlərin təşkili qaydaları haqqında məlumat verilib. Eyni zamanda keyfiyyətə nəzarət məqsədilə monitorinqlərin təşkili, təlimlərdə iştirak edən müdavimlərin qiymətləndirilməsi və təlimçi hazırlığı proqramları kimi vacib məsələlərin müzakirəsi aparılıb.

 

Təhsilverənlərin peşəkar inkişafı mərkəzi əməkdaşlarının və Əlavə təhsil mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi görüşün yekununda təlimlərin təşkiliylə bağlı mühüm suallar cavablandırılıb.