Saatlı Rayon Təhsil Şöbəsi,   Gənclər və İdman İdarəsi və   Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə məktəblər arasında respublika çempionatı çərçivəsində şahmat üzrə yarışların rayon mərhələsinə yekun vurulub.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, yarışda rayonun 4 ümumtəhsil müəssisəsi -  şəhər 1, 2 nömrəli, Cəfərxan kənd tam orta və Bəylər kənd ümumi orta məktəbləri iştirak ediblər. II,III və IV siniflər üzrə hər sinifdən bir qız və bir oğlan olmaqla 6 nəfərdən ibarət 4 komandanın iştirak etdiyi yarışda  24 şagird mübarizə aparıb.

 

Səməd Vurğun adına şəhər 1  nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. Cəfərxan  kənd tam orta məktəb 2-ci, Bəylər kənd ümumi orta məktəb isə 3-cü  yeri tutublar.

 

Qaliblər diplomlarla mükafatlandırılıb.

 

I-II yeri tutan komandalar  yarışın regional mərhələsində  iştirak edəcəklər.

             

Şakir CƏFƏROV