Dövlətimiz tərəfindən idmana və idmançılarımıza hər zaman xüsusi diqqət ayrılıb. Bunun nəticəsidir ki, ölkəmiz müxtəlif dövrlərdə yüksək səviyyəli idman yarışlarına ev sahibliyi edir, idmançılarımız beynəlxalq turnirlərdə üçrəngli bayrağımızı qürurla dalğalandırırlar. Sevindirici haldır ki, ölkəmizi layiqincə təmsil edən  idmançılarımız arasında yeniyetmələr də az deyil. Onlardan biri də Kəmalə Həsənovadır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, K.Həsənova avqustun 3-də Bosniya və Hersoqovinyanın Banya Luka şəhərində 8 gün davam edən məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyinin (EUBC) bürünc medalçısıdır. O, bu meadlı 51 kiloqram çəki dərəcəsində qazanıb.
 
İdmançımız 2011-ci ildə Ağcabədidə anadan olub. Yeniyetmə artıq 4 ildir ki, boksla məşğuldur. Hazırda Ağcabədi şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir.  
 
Məlumat üçün bildirək ki, o, kikboksinq üzrə ölkə birincisi, boks üzrə isə respublika ikincisidir. Xatırladaq ki, Azərbaycan millisi sözügedən yarışı 9 medalla başa vurub.
 
 
Rəmziyyə HƏSƏNOVA
Qarabağ